Menu

Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşulmaq fikrinə düşüb

17.04.2022, 00:03
Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşulmaq fikrinə düşüb

Ermənistan bankları anti-Rusiya sanksiyalarına qoşulmağı planlaşdırır.

Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi xəbər verib.

“Hraparak” nəşrinin yazdığı kimi, martda diplomat erməni bankirlərlə görüş keçirib və görüşdə onları Rusiyaya köməkdən çəkinməyə çağırıb.

«ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini qiymətləndirir və bank sektoru nümayəndələri ilə müntəzəm təmasları təsdiqləyir» - Treysi qeyd edib.

Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bəyan edib ki, ölkəsi qaz üçün Rusiyaya rublla ödəniş etməyə başlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol