Menu

Ronaldo İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib

17.04.2022, 10:28
Ronaldo İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib

"Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, portuqaliyalı hücumçu 36 yaşdan sonra mövsüm ərzində 15 və daha çox qol vuran ilk futbolçu kimi tarixə düşüb.

37 yaşlı forvard buna evdə "Norviç"ə 3:2 hesabı ilə qalib gəldikləri XXXIII tur matçında het-trik etməklə nail olub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir. O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qırmızı şeytanlar" hazırda 54 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol