Menu

Hindistanda leysan yağışları 14 nəfərin həyatına son qoydu

17.04.2022, 22:27
Hindistanda leysan yağışları 14 nəfərin həyatına son qoydu

Hindistanın Assam ştatının şimal-şərqində leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb. Bölgədə əlverişsiz hava şəraiti üçüncü gündür ki, davam edir.

Təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri qırılıb.

Ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.

Mənbə: TASS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol