Menu

Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutulub

18.04.2022, 12:00
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutulub

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kreminna şəhərindəki Olimpiya İdman Kompleksini atəşə tutub.

"Report" xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday bildirib.

Nəticədə ərazidə yanğın başlayıb. Yanğının ümumi sahəsi 2400 kvadratmetr olub. Xilasedicilər alovun lokallaşdırılmasına çalışırlar.

Qeyd edək ki, Ukraynanın olimpiya komandası məşqlərini adətən Kreminnadakı idman obyektində keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol