Menu

Kalın amerikalı konqresmenlərlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

18.04.2022, 13:59
Kalın amerikalı konqresmenlərlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın amerikalı konqresmenlərlə görüşüb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, görüş İstanbulda Dolmabahçe İş Ofisində baş tutub.

Görüşdə enerji təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq, ikitərəfli siyasi və iqtisadi əlaqələr dəyərləndirilib.

Eyni zamanda, regional məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Suriya, İsrail, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol