Menu

Müəllim və şagirdlərə qalstuk taxmaq qadağan olundu

18.04.2022, 14:34
Müəllim və şagirdlərə qalstuk taxmaq qadağan olundu

“Taliban” hökumətinin yeni imzaladığı fərmanla tələbələrə və müəllimlərə məktəblərdə qalstuk taxmaq qadağan edilib.

“TOLO news” xəbər verir ki, fərmanı şərh edən Kabil Təhsil Şöbəsinin rəhbəri İhsanullah Xitab deyib ki, təhsil şöbəsinin hicab və qalstuklarla bağlı verdiyi rəsmi göstəriş sadəcə təlimat idi.

Lakin Əfqanıstan İslam Əmirliyinin Təhsil Nazirliyinin sözçüsü Əziz Əhməd Rayan məktəblərdə qalstuk taxmağın tamamilə qadağan edildiyini açıqlayıb.

“Taliban” administrasiyasının rəsmi göstərişinə görə, Kabildəki bütün məktəblərdən qız tələbələrin İslami hicaba riayət etmələri tələb olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol