Menu

Şeyx dindarları dövlətə dəstək verməyə çağırdı

04.11.2014, 14:44
Şeyx dindarları dövlətə dəstək verməyə çağırdı

“Bu gün Azərbaycanda din xadimləri ölkəni ekstremistlərdən, radikal qüvvələrdən qorumaq üçün dövlət ilə əməkdaşlıq etməli, dəstək verməlidirlər”.

APA–nın məlumatına görə bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün keçirilən qanvermə aksiyasında dindarlara çağırış edərək deyib.

O, qeyd edib ki, din xadimləri bu yolda ictimaiyyətlə birgə hərəkət etməlidirlər: “Din xadimləri olaraq biz ictimaiyyətlə bahəm dövlətimizin siyasətinə dəstək verməli, radikalizmə qarşı mübarizə aparmalıyıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol