Menu

YAP-ın Yasamal təşkilatı “Azərsu” ASC-ni məhkəməyə verib

19.04.2022, 16:08
YAP-ın Yasamal təşkilatı “Azərsu” ASC-ni məhkəməyə verib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “Azərsu” ASC-ni məhkəməyə verib.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsinə müraciət edən YAP-ın rayon təşkilatı su təchizatı ilə bağlı tələb irəli sürüb.

İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol