Menu

LAVROVDAN İKİBAŞLI NÜVƏ SİLAHI AÇIQLAMASI – Ukraynaya nüvə zərbəsi istisna olunmur

19.04.2022, 16:59
LAVROVDAN İKİBAŞLI NÜVƏ SİLAHI AÇIQLAMASI – Ukraynaya nüvə zərbəsi istisna olunmur

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “India Today”ə müsahibəsində ölkəsinin Ukraynada nüvə silahından istifadə edib-etməyəcəyinə dair sualı cavablandırıb. 

“AzPolitika.info” xəbər verir ki, XİN başçısının cavabı nüvə silahından istifadənin istisna olunmadığı qənaəti yaradır.

Belə ki, Lavrov jurnalistin sualına cavabında deyib: “Bu mərhələdə biz adi silahlar opsiyasını nəzərdən keçiririk”.

Rusiya mətbuatı Lavrovun cavabını “Yalnız adi silahlar” başlığı ilə versə də, müsahibənin videoyazısında XİN başçısının adi silahların sadəcə, indiki mərhələdə istifadə edildiyini söyləməsi diqqət cəlb edir.

Bu, o deməkdir ki, hadisələrin gedişindən asılı olaraq, növbəti mərhələdə nüvə silahından da istifadə oluna bilər. Hazırda Qərb mətbuatında Lavrovun cavabı məhz bu cür şərh edilir.

Ümumilikdə isə artıq Rusiya diplomatiyasına və onun başında duran Lavrova dünyadakı münasibət müharibədən əvvəlkilə müqayisədə kəskin şəkildə dəyişib.

Zatən dünyada o qədər də etimad göstərilməyən Lavrov müharibədən öncə dəfələrlə “Ukraynaya hərbi müdaxilə olmayacaq” deyə bildirmişdi. İndi isə rus diplomatiyasının hər hansı sözünə, açıqlamasına inanan yalnız Rusiyanın özü tipdə ölkələr və onların rəhbərləridir.

“AzPolitika.info”   

Şərhlər

qaraguruh 2022-04-19 23:52:10

bu rus deyil erməni diplomatiyasıdır ki nəhəng rusiyanı nəhayət elə tələyə saldılar ki çıxışı mümkün görünmür-bir ölkənin ki köklü xalqı durarkən başqa millətin nümayəndəsi onun üçün siyasət müəyyən edir elə belə olacaq çünki ürək yanmır ha--hər kəs nəticə çıxarsın

Xeqani 2022-04-19 20:30:12

erməni xisləti axırda būtūn dūnyanı qana çalxayacaq!....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol