Menu

Avropa Komissiyası Rusiya neftinə qarşı sanksiyalar hazırlamağa başlayıb

19.04.2022, 21:49
Avropa Komissiyası Rusiya neftinə qarşı sanksiyalar hazırlamağa başlayıb

Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer Avropa İttifaqının Rusiya neftinə qarşı sanksiyalar hazırlamağa başladığını təsdiqləyib.

“Biz həqiqətən neft sektorunda potensial sanksiyalar üzərində işləyirik”, – deyə o, Brüsseldə keçirilən brifinqdə deyib.

Eyni zamanda Mamer jurnalistlərə bununla bağlı təfərrüatlı məlumat verməyib. O, bunu hazırlıqlar davam etdiyi müddətdə konkretlikdən danışmağın mümkün olmaması ilə əsaslandırıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı beşinci sanksiyalar paketinin tətbiqini elan edərək, neftlə bağlı yeni tədbirlərin ola biləcəyini açıqlamışdı. (Mənbə: mk.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol