Menu

Rusiya Mərkəzi Bankı beynəlxalq iddia hazırlayır - Ehtiyatların “azad” edilməsi barədə

20.04.2022, 00:02
Rusiya Mərkəzi Bankı beynəlxalq iddia hazırlayır - Ehtiyatların “azad” edilməsi barədə

Rusiya Mərkəzi Bankı Qərb ölkələri tərəfindən ölkənin dondurulmuş qızıl-valyuta ehtiyatlarının «azad edilməsi» ilə bağlı iddia hazırlayır.

Bu barədə Rusiya Kommunist partiyası fraksiyasının Dövlət Dumasındakı iclasında çıxış edən MB başçısı Elvira Nabiullina xəbər verib.

Xatırladırıq ki, ABŞ, Avropa İttifaqı ölkələri və digər dölətlər Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Məhdudiyyət həm də 300 milyard dollar qızıl-valyuta ehtiyatlarının dondurulmasını əhatə edir. Eyni zamanda Rusiya vətəndaşlarının özəl mülkiyyətinin konfiskasiyasına və xarici dövlətlərin ərazisindəki bank hesablarının dondurulmasına gətirib çıxarıb.

«Biz, həm də məhkəmə iddiası hazırlayacağıq, hazırlaşırıq ki, onları irəli sürək. Çünki bu, dünya miqyasında görünməmiş hadisədir ki, belə böyük ölkənin qızıl-valyuta ehtiyatları dondurulub» - Nabiullina bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol