Menu

ABŞ UKRAYNAYA 7 TƏYYARƏ SİLAH YOLA SALDI - "24 saat ərzində Avropaya çatacaq"

20.04.2022, 08:34
ABŞ UKRAYNAYA 7 TƏYYARƏ SİLAH YOLA SALDI - "24 saat ərzində Avropaya çatacaq"

Ukraynaya hərbi yardım edən ABŞ-ın daha 7 təyyarəsi yaxın 24 saat ərzində Avropaya yola düşəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib.

Bir gün əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki demişdi ki, Birləşmiş Ştatlar həftə sonu Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketindən silahla dolu 4 təyyarə göndərib.

ABŞ Prezidenti Cozef Baydenin aprelin 13-də elan etdiyi kimi, Vaşinqton Kiyevə daha 800 milyon dollar dəyərində hərbi yardım göstərəcək, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli transportyor, 18 155 mm-lik haubitsa və 40 min artilleriya mərmisi, həmçinin 300 mərmi göndərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol