Menu

Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

20.04.2022, 08:52
Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti bərpa ediblər.

"Report"un məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.

Müharibənin 55-ci günündə Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərinə çıxmağa cəhd edirlər. Onlar yaşayış məntəqələrini durmadan atəşə tuturlar.

O da bildirilir ki, Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək, əvvəldən tutduğu mövqelərinə qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol