Menu

ELMİRA AXUNDOVA KİYEVƏ GERİ DÖNƏCƏKMİ? – XİN-dən açıqlama

20.04.2022, 13:06
ELMİRA AXUNDOVA KİYEVƏ GERİ DÖNƏCƏKMİ? – XİN-dən açıqlama

Rusiyanın Ukraynada başlatdığı işğal hərəkatından sonra əksər ölkələr Kiyevdəki səfirliklərini Ukraynanın daha təhlükəsiz bölgələrinə köçürmək məcburiyyətində qalıblar. Həmçinin Kiyevdə fəaliyyət göstərən Azərbaycan səfirliyidə martın 8-də Ukraynanın Lvov şəhərinə köçürülüb.

Kiyevdəki səlahiyyətli səfirimiz Elmira Axundova isə martın 4-də səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə Azərbaycana geri dönüb.

Hazırda müharibə davam etsə də, Kiyev ətrafında sabitlik hökm sürür. Bu səbəbdən də xarici ölkə səfirliklərinin əksəriyyəti Kiyevə geri qayıtmağa başlayıblar. Artıq Çexiya, Sloveniya, Litva, İtaliya, İspaniya və Türkiyə səfirlik fəaliyyətlərini paytaxt Kiyevdə davam etdirirlər.

Avropa İttifaqı bu yaxınlarda diplomatik nümayəndəliyini Polşadan Kiyevə köçürdüyünü açıqladı. Fransa hökuməti isə öz səfirliyini bu yaxınlarda Kiyevə köçürəcəyini elan edib.

Bu halda Azərbaycanın Ukraynadakı səfirliyi və səlahiyyətli səfirimiz Elmira Axundova Kiyevə geri dönəcəkmi?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “AzPolitika.info”-ya bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyin fəaliyyətinə daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır: “Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz Kiyevdə fəaliyyətinə geri dönəcək. Hazırda isə bildiyiniz kimi, səfirliyimiz Lvov şəhərində fəaliyyətini davam etdirir”.

“AzPolitika.info”

Şərhlər

Roma 2022-04-21 09:57:55

Deməli, Yazıçılar Birliyində katibə işləmiş Elmira, kiminsə xeyir-duası ilə, uzun illər, deputat oldu və ona yaşıl işıq yandırıldı. Nəticə etibarı ilə adi sıravi yaşam tərzi olan bu qadın hazırda bəs qədər var-dövlətə sahibdir...Bu səbəbdən oğlu da fironluq edir, hələ araşdırılsa dənizdə ölən qadının da ölməsində bəlkə də onun əli var...

Köhnə azərbaycanlı 2022-04-20 23:56:53

Yəqin xanım səfir Ukraynadan çıxanda o məşhur aşıq mahnısını oxuyub çıxıb: "Bəlkə bu yerlərə bir də gəlmədim. Duman salamat qal, Kiyev salamat qal..."

Cövdət 2022-04-20 20:35:11

..... "Elmira Axubndova "nın (əgər bu ad soyad doğrudursa ) Azərbaycanı təmsil etməsi ayıb sayılmalıdır.

Roma 2022-04-20 14:02:34

Elmira Axundovanın adı gələndə, mən çox pis oluram, belə ki, bu qadının özünün səs yazısını, müdafiə nazirliyinin tenderləri ilə bağlı, eləcə də oğlunun harın, cinayət xarakterli əməlləri-hərəkətlərini və buna görə də cəzalandırılmamalarını, heç cür qəbul etmirəm. Cinayət varsa müvafiq də cəza olmalıdır. Yoxsa vəzifəsini bir az da böyüdüb, Avropanın ən böyük dövlətlərindən biri olan Ukraynaya səfir göndər. Niyə və hansı xidmətlərinə görə...

t.ədalət 2022-04-20 13:29:47

Elmira Axundova Ukraynaya çətin ki dönə.O,bir rus sevdalısıdır.Ukraynada belələri tez aşkarlana bilər.

ƏDALƏT 2022-04-20 13:14:13

Analoqu olmayan səfir !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol