Menu

Şarl Mişel hərbi cinayətlərin törədildiyi Borodyankada olub - FOTO

20.04.2022, 14:36
Şarl Mişel hərbi cinayətlərin törədildiyi Borodyankada olub - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi Borodyankada olub.

APA xəbər verir ki bu barədə Şarl Mişel "Twitter"də bildirib.

O qeyd edib ki, Borodyankada da vəziyyət Buça və Ukraynanın bir çox digər şəhərlərindəki kimidir.

“Tarix burada törədilən hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz!”, - Aİ lideri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol