Menu

“Türk əsgəri Ukraynada Rusiyaya qarşı vuruşa bilməz” - Çavuşoğlu

20.04.2022, 23:45
“Türk əsgəri Ukraynada Rusiyaya qarşı vuruşa bilməz” - Çavuşoğlu

"Türkiyə və NATO-nun müttəfiqləri Ukraynanın təhlükəsizlik zəmanəti tələbinə razılıq verməyib".

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Ukraynanın indiki şəkildə tələb etdiyi zəmanətləri NATO-nun 5-ci maddəsinə uyğun olsa belə, ABŞ və Türkiyə daxil olmaqla, heç bir müttəfiq ölkə qəbul edə bilməz. Türk əsgəri Ukraynada Rusiyaya qarşı müharibə apara bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol