Dünya Bankının prezidenti David Malpass, Rusiyanın işğalı nəticəsində Ukraynada binalara və infrastruktura dəyən maddi ziyanın təxminən 60 milyard dollara çatdığını, müharibə davam etdiyindən bu məbləğin bir qədər də artacağını bildirib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun konfransında çıxış edən David Malpass, açıqlanan məbləğə iqtisadi zərər xərclərinin daxil edilmədiyini bildirib.
Konfransa videoformatda qoşulan Ukrayna Prezidenti Volodimir Zelenski isə müraciətində bildirib ki, müharibənin verdiyi ciddi iqtisadi itkilər səbəbindən, Ukraynanın hər ay təxminən 7 milyard dollara ehtiyacı var: “Rusiyanın hücumlarının bir məqsədi də müharibədən sonra Ukraynaya iqtisadi cəhətdən fayda verə biləcək infrastrukturları məhv etməkdir. Bura qatar stansiyaları, ərzaq anbarları və neft emalı zavodları daxildir. Hazırda Rusiya məqsədli şəkildə bu cür infrastrukturları məhv etməyə çalışır”
“AzPolitika.info”


Şərhlər