İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
Məlumata görə, hərracda ümumilikdə 50 sifariş qəbul edilib. Satılmış avtomobillər ABŞ istehsalıdır, 2013-cü ildə buraxılıb. Onların hesabına dövlət büdcəsinə 112 min manat ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/38cy0WA )
Növbəti hərrac aprelin 26-da keçiriləcək.


Şərhlər