Menu

Prokurorluq Qubadlıda minaya düşən şəxslə bağlı məlumat yayıb

22.04.2022, 23:24
Prokurorluq Qubadlıda minaya düşən şəxslə bağlı məlumat yayıb

Qubadlı Rayon Prokurorluğu minaya düşən şəxslə bağlı məlumat yayıb.

Prokurorluqdan APA-ya verilən məlumata görə, aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol