Menu

“Avropa rus qazı olmadan 1 həftə belə davam gətirə bilməz” - Dmitri Medvedyev

23.04.2022, 08:21
“Avropa rus qazı olmadan 1 həftə belə davam gətirə bilməz” - Dmitri Medvedyev

Avropa rus qazı olmadan heç 1 həftə davam gətirə bilməz.

APA-nın “Ria Noviosti”yə istinadla xəbərinıə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.

Medvedyev bildirib ki, Avrokomissiya Avropa ölkələrinə Rusiya qazına görə ödəniş mexanizmi barədə sənəd göndərib.

“Məqsəd Rusiyaya qarşı sanksiyaların pozulmaması idi. Sənəddə göstərilir ki, Rusiya prezidentinin 31 mart tarixli fərmanında göstərilən ödəniş qaydası işə Rusiya Mərkəzi Bankının cəlb edilməsini nəzərdə tutur ki, bu da sanksiyalara ziddir. Həm də Avrokomissiyanın sənədində deyilir ki, hələlik sanksiyaları pozamadan qaza görə ödəniş etmək mümkündür. Biz Avropalı tərəfdaşlarımızın prinsipallığını qiymətləndiririk. Ələxsus da, BVF bildirir ki, Avropa rus qazı olmasa ən çoxu 6 ay keçinə bilər. Ciddiliyə qalsa, heç bir həftə də davam gətirməz” - deyə Medvedyev Teleqram səhifəsində bildirib.

Şərhlər

B.Qarabağlı 2022-04-23 12:28:44

RF Təhlükəsizlik Şurasının sədr müavini hörmətli cənab Dmitri Medvedinin bəyanatı anlatmaqdadır ki, nəinki, Ukrayna bütün Avropa ölkələri bir-iki həftəyə TƏSLİM OLACAQlar!?

DilimDilim 2022-04-23 08:40:48

Salam. Son vaxtlar bu soyadla bağlı səhvlər azalmışdı.
Medvedyev deyilən soyad yoxdur, çünki rusca heç bir halda Медведьеа yazılmır. Ona görə də dilimizdə bu soyad məhz Medvedev kimi yazılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol