“Əgər düzünü düsək, Rusiyanın rusdilli əhalinin qeydinə qalacağı ərazi elə Rusiyanın özüdür. Hansı ki, orada söz, seçim azadlığı yoxdur, başqa fikrin mövcudluğu hüququ mövcud deyil. O yer ki, orada yoxsulluq çiçəklənir və insan həyatının heç bir dəyəri yoxdur. O dərəcədə yoxdur ki, onlar bizim torpağa, müharibəyə özləri üçün heç olmasa normal həyatı xatırladan nəsə oğurlamaq üçün gəlirlər”.
Bunları Ukrayna Prezidenti Volodimir Zelenski son müraciətində söyləyib. Prezident rus əsgərinin “arzuları” barədə danışıb və onların əxlaqından, malik olduqları mənəvi durumdan şoka düşdüyünü gizlətməyib: “Bilirsiniz, əvvəllər ən böyük arzudan danışarkən deyirdilər: “Parisi görmək və ölmək”. Bunların davranışı isə sadəcə, şok yaradır. Onların indiki arzuları - “Unitaz oğurlamaq və ölmək”dir”.
Zelenskinin bu fikirləri təsadüfi deyil. Belə ki, işğalçı rus əsgərlərinin talançılıqla məşğul olduqlarına, ukraynalıların evlərindən müxtəlif məişət əşyaları, paltar-palaz, hətta alt paltarları oğurladıqlarına dair saysız-hesabsız faktlar və görüntülər var. Həmin oğurlanan əşyaların içində adi unitazlar da var ki, bu da təksə rus əsgərinin mənəvi-psixoloji durumu yox, onun Rusiyadakı güzəranına, həyat tərzinə dair aydın təsəvvür yaradır. Məlum olduğu kimi, Kreml Ukraynada müharibəyə əsasən ucqar vilayətlərdə, şəhərlərdə, kəndlərdə yaşayan və hərbi qulluqda olan əsgərləri cəlb edir. Adını “xüsusi əməliyyat” qoyduqları “ət maşını”na da ön cərgədə məhz onları göndərirlər.
Məsələn, Buçada qətliam törətmiş və sonradan bu “qəhrəmanlığına” görə Putinin “Qvardiya” fəxri adı verdiyi 64-cü Əlahiddə Motoatıcı Briqadası Şərqi Sibirdəki Xabarovsk vilayətinin hansısa ucqar ərazisində yerləşib. Rusiyada paytaxtı və bir neçə iri şəhəri çıxandan sonra, digər əyalətlərdə hansı acınacaqlı vəziyyətin mövcud olduğu, bir çox qəsəbələrin, hətta şəhərlərin belə kanalizasiya sisteminin olmadığı hamıya bəllidir. Ona görə də rus əsgərinin özü ilə Ukraynadan unitaz aparmasınına təəccüblə baxmağa dəymir...
Bununla yanaşı, doğrudan da Putinin məqsədi rusdilli əhalini qorumaq, onun qeydinə qalmaqdırsa, Ukraynaya, Moldovaya, Qazaxıstana və s. soxulmağa ehtiyac yoxdur. Çünki oralardakı rusdillilər birinci növbədə həmin ölkələrin vətəndaşlarıdır və onların bütün problemləri, yaxud imtiyazları da məhz həmin dövlətlərin suveren səlahiyyətləri və əraziləri çərçivəsində həll olunur. Həmin rusdillilərin yaşayış səviyyəsi isə əksər hallarda Rusiyadakı rusdillilərdən qat-qat üstündür. Elə Azərbaycandakı rusdillilər də Rusiyadakı “həmdilliləri”ndən qat-qat yaxşı yaşayırlar. Putinsə, yaxşı olar ki, öz ölkəsindəki rusdilli əhalinin, yəni daxmalarda, səfalət, palçıq, zir-zibil içində yaşayan rusların qeydinə qalsın, bunun üçün hansısa ölkəni işğal etməyə, şəhərlərini dağıtmağa, dinc əhalini qırmağa və s. ehtiyac yoxdur...

Ukraynada yaşanan bu biabırçı mənzərə həm də 2020-ci ildəki 44 günlük Qarabağ savaşında müşahidə eytdiyimiz mənzərəni – Kəlbəcərdən və digər işğal olunmuş ərazilərimizdən qaçan “qəhrəman” ermənilərin özlərilə unitazlarını da götürməsini xatırladır. Həmin ermənilərin də bir əlində avtomat, digər qoltuğunda isə unitaz var idi. O ermənilərin ki, müharibədən əvvəl “yenilməz erməni ordusu”, “qəhrəman erməni əsgəri”, “müasir və inkişaf etmiş erməni cəmiyyəti” və s. barədə ağızdolusu danışırdılar. Reallıqda isə məlum oldu ki, səfalət içində, miskin durumda yaşayan bu “böyük, qədim və qəhrəman xalq”ın işlənmiş unitaza belə ehtiyacı var və onun acgözlüyü, talançı mahiyyəti elə həddədir ki, bunlar üçün təkcə vaxtilə işğal etdikləri, indi isə dabanlarına tüpürüb qaçdıqları torpaqlarımızdan nəinki meşəni doğrayıb daşımaq, qarşısına keçən hər şeyi yandırmaq, hətta unitazları da söküb özləri ilə aparmaq belə ayıb deyil...

Erməni və rus cəmiyyətlərinin oxşar cəhətləri çoxdur və xüsusilə də müharibələr dövründə həmin cəhətlər daha çox özünü büruzə verir. Unitazlarla bağlı müşahidə etdiyimiz bu mənzərə isə bir daha rus və erməni toplumlarının bütövlükdə olmasa da, böyük qisminin tarixi “qardaşlığı”nın hansı oxşar cəhətlərdən, keyfiyyətlərdən qaynaqlandığına dair müəyyən fikir formalaşdırır. O cəhətlər ki, onlardan bəzən üfunət qoxur...
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”

Şərhlər
Çox düz yazıb qardaş : ruslar qıpçaqlardan gəliblər, ermənilər sıqanlardan. Hər ikisi də -toplumdur. Sadəcə acgöz toplumdur. Xalq deyillər!!!
rus da, erməni də unitaz "ovçularıdırlar".
Rus məktəblərinə uşaq verən donuz.... hələdə rusbaşların təbliğatını aparırlar.SİZ NƏ VAXT AYILACAQSINIZ?
erməninin unitazı qucaqlayıb apardığı kadrları yaxşı saxlayın və hərdən birdə yayın ki onların özündənrazı başbilənləri sarsaqlayan kimi üzlərinə necə ari olduqları sübut olunsun
Qəhrəman nədi yazmlsiz başliqda
Ruslar və ermənilər köçərilərdən əmələ gələnlərdir. Ruslar qıpçaqlardan, ermənilər isə qaraçılardan. Hər ikisinin dalları indi aftafa görür
T.edalet bey Cox gozel enilesdirme apardiginiz ucun tesekkurler
Bu müharibəyə təkcə Putin deyil,həm də şovinist rus xalqı da qoşulub.Açığı,Rusiya özünü çox pis rüsvay elədi.Məni düşündürən əsas məsələ bizdə,yəni Azərbaycanda hələ də rus dilinə ,necə deyərlər,terror və xəyanət dilinə bağlı olanlar,mənzilində və iş yerində bu dildə danışa-danışa,bir növ rusun ifrazatını çeynəyən adamlar var.
Qeyri adi nə var ki.Unitazı birinci dəfədir görüblər.Düşünürlər ki bahalı bir əntiqdir.Bu səbəbdəndə özləri üçün qənimət kimi aparırlar.