Menu

Ukrayna hərbçiləri Xersonda komanda məntəqəsini dağıdıb - İki general ölüb

23.04.2022, 18:26
Ukrayna hərbçiləri Xersonda komanda məntəqəsini dağıdıb - İki general ölüb

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini dağıdıb.

"Report"un məlumatına görə, bu barədə "RBC-Ukrayna" Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

Ukrayna hərbçilərinin zərbələri nəticəsində iki generalın öldüyü bildirilir. Daha bir hərbçi isə ağır yaralanıb.

Hazırda məlumatlar dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol