İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb.
O bildirib ki, evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər ona hücum edib, bu anda 4 nəfər qara maskalı şəxs onu zorla maşına əyləşdirərək, başına qara torba keçirib və naməlum istiqamətdə aparbıblar.
B.Hacıyev təhqir və işgəncələrdən sonra Ramana qəsəbəsi ərazisində sərbəst buraxılıb. İctimai fəal bildirib ki, ondan DİN başçısı Vilayət Eyvazov barədə tənqidi çıxışlara son vermək tələb olunub.
B.Hacıyev bu açıqlamasından sonra DİN-ə dəvət olunub, əvvəl nazir müavini, daha sonra isə nazir Vilayət Eyvazovun qəbulunda olub. B.Hacıyev bununla bağlı sosial şəbəkədə yazıb: “Daxili işlər naziri V.Eyvazovla görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu.
Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi”.
"AzPolitika"


Şərhlər