Menu

Zelenski Ukraynadakı müharibənin səbəbini açıqladı

23.04.2022, 23:31
Zelenski Ukraynadakı müharibənin səbəbini açıqladı

"Rusiya həmişə Ukraynaya təsir etmək istəyib. O, bu məqsədinə hərbi yolla nail olmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Siz də, mən də bilirik ki, müharibə səkkiz ildir davam edir. Təəssüf ki, insan bu sürünən işğala öyrəşmək istəmir, amma bu baş verir. Biz bunu görürük. Ukraynaya böyük təsir imkanlarına gəlincə, mən hesab edirəm ki, Rusiya Federasiyası bu və ya digər səviyyədə bunu həmişə arzulayıb. Həmişə. Düzünü desəm, biz bu təsirlə mübarizə apardığımız üçün düşünürəm ki, artıq bunun öhdəsindən gəlmişik”, - ukraynalı prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyada müstəqil dövlət kimi güc və cəmiyyət səviyyəsində qəbul edilmir, Ukraynanı mədəni dəyərlərinə və dilinə hörmətlə yanaşılmır:

"Onlar düşünmürlər ki, bizim müstəqillik hüququmuz var. Bu gün biz bu həyat, müstəqillik, azadlıq uğrunda mübarizə aparırıq. Bu, Ukraynada insanların azadlığı uğrunda gedən müharibədir".

Şərhlər

Elmira 2022-04-24 08:38:25

Ukraina azad dövlətdir! Azad! Putin isə onu öz tabeliyin altında görmək istəyir. Və Putinin ətrafdaki imperialistlər lənətə gəlmiş SSRİ bərpa etmək niyyətindədirlər. Amma heç bir xalq onu istəmir. Ölüm -dirim müharibədir.

Türk Turan 2022-04-24 00:32:21

Ukraynadakı müharibənin əsl səbəbi zelenskinin bilib demək istəmədiyi səbəbdir. O səbəb isə amerikanın avropa ilə çin arasındakı iqtisadi münasibətləri kökündən dəyişmək istəməsidir. Amerika ilə Rusiya dünya ilə siçan pişik oyunu oynayırlar və s.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol