Menu

Mariupolda daha bir kütləvi məzarlıq aşkar edilib – FOTO

25.04.2022, 11:58
Mariupolda daha bir kütləvi məzarlıq aşkar edilib – FOTO

Son günlər müharibənin şiddətləndiyi Mariupol şəhərində daha bir kütləvi məzarlıq aşkar edilib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, “Maxar” agentliynin paylaşdığı peyk görüntülərinə əsasən, məzarlıq Mariupol şəhərindən təxminən 11 kilometr şərqdə, Rusiya qüvvələrinin nəzarətində yerləşən ərazidə aşkarlanıb. Ukrayna rəsmilər bu qəbiristanlıqda minlərlə insanın kütləvi şəkildə dəfn olunduğunu bildirirlər.

Məlumatda qeyd olunur ki, martın 22-də çəkilən peyk görüntülərində kütləvi məzarlıq və qazıntı prosesi olmadığı halda, 29 martda çəkilən fotoda qazıntıların aparıldığı görünür.

Mariupol şəhər administrasiyası səlahiyyətliləri şəhərdə 5 min insanın basdırıldığını, Mariupol meri Vadim Boyçenko isə 20 mindən çox dinc sakinin həyatını itirdiyini açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol