Menu

Dünyada vətəndaşlığı olmayan 10 milyon insan var

04.11.2014, 18:25
Dünyada vətəndaşlığı olmayan 10 milyon insan var

Vətəndaşlığı olmayanlar Moldovada yerli dildən imtahan verir

BMT-nin qaçqınlar agentliyi yeni kampaniyaya başladığını bildirib. Agentlik hökumətləıri inandırmağa çalışır ki, insanların vətəndaşlığının olmamasına 10 il ərzində son qoysunlar.

Noyabrın 4-də agentlik bildirib ki, o, dünyada vətəndaşlığı olmayan 10 milyon adamın durumunua diqqəti cəlb etmək istəyir. Bu insanların nə vətəndaşlığı, nə də pasportu var. Bu insanların tibbə, təhsilə, səs vermə hüququ kimi insan haqlarına birbaşa çıxışı yoxdur.

Agentlik bildirir ki, vətəndaşlığı olmayanlara sığınacaq verən ölkələr onlara vətəndaşlıq versinlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol