Menu

“Ukrayna düzgün təchizatla Rusiyanı məğlub edə bilər” - ABŞ müdafiə naziri

25.04.2022, 12:20
“Ukrayna düzgün təchizatla Rusiyanı məğlub edə bilər” - ABŞ müdafiə naziri

ABŞ Ukraynanın düzgün təchizat və düzgün dəstəklə Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə inanır.

APA-nın CNN-ə istinadən xəbərinə görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfərindən sonra Polşa-Ukrayna sərhədi yaxınlığında mətbuata açıqlamasında belə deyib.

“Onların qələbə qazanmaq imkanları baxımından – qələbə qazanmaq üçün ilk addım qalib gələcəyinə inanmaqdır. Onlar qalib gələcəklərinə inanırlar. Biz (də) inanırıq ki, onlar qalib gələ bilərlər, o halda ki, düzgün təchizat, düzgün dəstəkləri olsun. Biz bacardığımız hər şeyi edirik və bacardığımız hər şeyi etməyə davam edəcəyik”, - deyə Ostin jurnalistlərə bildirib.

Ostin əlavə edib ki, ABŞ üçün Ukraynaya göndərilən silahların izlənilməsi çətindir, çünki orada ABŞ hərbçiləri yoxdur. Lakin göndərilən silahların mümkün qədər yaxşı izlənilməsi üçün ukraynalılarla danışdığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol