Menu

“YAŞIL KORRUPSİYA” – 20 kv/metrlik anbara 615 min ağacın “sıxışdırılması” möcüzəsi...

25.04.2022, 17:02
“YAŞIL KORRUPSİYA” – 20 kv/metrlik anbara 615 min ağacın “sıxışdırılması” möcüzəsi...

Hesablama Palatasının 2021-ci illə bağlı hesabatında müxtəlif dövlət qurumlarında büdcə pularının mənimsəmə mexanizmləri açıqlanıb. 

Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Birliyində aparılan auditdə qeyd edilir ki, müəssisənin sənədlərində 1 il ərzində 615 000 ədəddən artır ağac və iri dibçəklərdə gül alındığı göstərilib.

Palata yazır ki, Birliyin sahib olduğu cəmi 20 kv/metr anbarda 615 min ədəd iri dibçəyi və ağacları saxlamaq real görünmür.

Əlavə olaraq, müəssisə cəmi 3.8 min hektar sahəyə qulluq etdiyi halda, büdcədən 12.1 min hektar - 4 dəfə artıq sahə üçün vəsait istəyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol