Menu

Sumqayıtda səs yazısı yayılan direktor müavini işdən çıxarılıb

25.04.2022, 19:18
Sumqayıtda səs yazısı yayılan direktor müavini işdən çıxarılıb

Bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən 26 saylı orta məktəbin direktoru olduğu bildirilən Arzu Şükürovanın rüşvət istədiyinə dair səs yazısı yayılıb.

Məsələ ilə bağlı Sumqayıt rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbin direktor təyin olunanadək direktor vəzifəsi müvəqqəti olaraq məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavininə havələ edilib:

"Sözügedən məsələ ilə bağlı səs yazısı təsərrüfat işləri üzrə direktor müavinin texniki işçilərdən pul tələb etməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edilib, direktor vəzifəsinin həvaləsi isə direktor müavinindən geri götürülüb. Məktəbdə müəllim və şagirdlərdən heç bir vəsait tələb olunmayıb. Texniki işçilərdən pul tələb edilməsi ilə bağlı məlum səsyazısı məktəbin təsərrüfat işləri üzrə direktor müavininə aiddir".

Şərhlər

Asif 2022-04-25 19:49:02

sumqayit dovler universiteti onsan beter ruavayciliqdir.universitet yox sederek ticaret merkezine donderibler orani.ozbsinali rusvet bas alob gedir.her ne qanun pozuntusu desen tapmaq olar orda.o qeder ragatdilarki bir qram hecneden cekinmekleri yoxdur.dovlet qrumlari ordakii ozbasinaliqlara mutleq el gezdirmelidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol