Menu

Banan soyuqdəymə xəstəliyinin qarşısını almaq qəbiliyyətinə malikdir

26.04.2022, 00:04
Banan soyuqdəymə xəstəliyinin qarşısını almaq qəbiliyyətinə malikdir

Sağlamlıq sahəsindəki ekspertlər müəyyən ediblər ki, banan gözlənilməyən faydalı xassələrə malikdir. Bu məhsulun sağlamlığa böyük fayda vermək qabiliyyəti aşkar edilib.

Tədqiqatların birinin gedişində alimlər müəyyən ediblər ki, banandan istifadə ciddi soyuqlama xəstəliklərindən qaçmağa kömək edir. Onun tərkibində həzm olunmayan zülal (banan lektini) var və o, orqanizmə qrip virusunun müxtəlif ştammları ilə mübarizədə kömək edir.

Bundan başqa, bananın rasiona daxil edilməsi onkologiyanın, əməliyyatdan sonrakı mürəkkəbləşmənin profilaktikasına kömək edir və mədə-bağırsaq fəaliyyətinə yaxşı təsir göstərir (Eatthis.com).

AzPolitika.info

Şərhlər

Elmira 2022-04-26 08:31:20

Ona görə bananın qiyməti atın belinə dırmaşdırıblar???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol