Menu

ABŞ-ın İraqdakı hərbi bazasına hücum olub

26.04.2022, 01:01
ABŞ-ın İraqdakı hərbi bazasına hücum olub

ABŞ hərbçilərinin İraqın paytaxtı Bağdadın şimalında yerləşdiyi Taci hərbi bazasına minaatanlarla hücum edilib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Bazanın yerləşdiyi əraziyə 2 minaatan mərmisinin düşüb. Hücumun Bağdadın Rəşidiyə rayonundan həyata keçirildiyi bildirilir.

Hücum nəticəsində ölənlərin və ya xəsarət alanların olub-olmaması hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol