Menu

Türkiyə antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km dərinliyinə daxil olacaq

26.04.2022, 10:26
Türkiyə antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km dərinliyinə daxil olacaq

Türkiyə Silahlı Qüvvələri “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km-lik dərinliyinə daxil olmağa hazırlaşır.

“Report” xəbər verir ki, məlumatı "Star qəzeti" yayıb.

Həmin ərazidə 3 minə yaxın terrorçunun olduğu bildirilib.

Belə ki, İraqın şimalına qaçmaq istəyən terrorçuların qarşısı yerli hökumətin silahlıları tərəfindən alınır.

Məlumata görə, əməliyyat keçirilən istiqamətdə artıq bütün yollar bağlanıb. “Pençe-Kilit”in son hədəfi terrorçuların yerləşdiyi Kandil dağındakı əsas düşərgəni məhv etməkdir.

İraqın şimalındakı yerli hökumətlə bu istiqamətdə razılıq əldə olunduğu vurğulanıb.

Qeyd edək ki, aprelin 18-də başlayan “Pençe-Kilit” antiterror əməliyyatının əsas hədəfi İraqın şimalındakı Avaşin, Zap, Metina, Basyan, Gara bölgələrində terrorçuları zərərsizləşdirməkdir.

Şərhlər

Veteran 2022-04-26 16:09:26

ALLAH Qüvvət Versin !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol