Menu

Azərbaycanda çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

26.04.2022, 17:24
Azərbaycanda çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

"Çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə əsasən, 8-ci maddədə adıkeçən şəxslərə - çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol