Menu

“Rusiyanın tənəzzülü müharibədən əvvəl başlamışdı” – İqtisadçı-alim

27.04.2022, 00:02
“Rusiyanın tənəzzülü müharibədən əvvəl başlamışdı” – İqtisadçı-alim

“Rusiyanın tənəzzülü Ukraynaya qarşı genişmiqyaslı müharibədən əvvəl başlamışdı. Hesab edirəm ki, Ukrayna müharibəsi SSRİ-nin dağılmasından sonra Rusiyanın gələcək taleyinin ən önəmli mərhələsidir”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri məşhur iqtisadçı-alim, Massaçusets Texnologiya Universitetinin professoru Daron Əcəmoğlu deyib.

O, bildirib ki, Rusiyanın tənəzzülü müharibədən əvvəl başlayıb: “Müharibə sadəcə olaraq bu tendensiyanın davamıdır. Ukrayna müharibəsi Sovet İttifaqının dağılmasından sonra Rusiyanın taleyinin ikinci mərhələsidir. Bu, institusional və iqtisadi uğursuzluqların davamıdır”.

Onun sözlərinə görə, SSRİ-dən sonra Rusiya İmperiyasının varlığı rus xalqının əksinə, bəzi oliqarxların varlanmasına səbəb olub: “Bu oliqarxlar Moskvada yox, Londonda varlanıblar. İndi isə Rusiyanın SSRİ-dən sonrakı uğursuzluğunun yeni mərhələsi başlayır. Bu həm dünya, həm də rus xalqı üçün olduqca təhlükəlidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol