Menu

Türkiyədə savaş həyəcanı

04.11.2014, 19:51
Türkiyədə savaş həyəcanı

Suriya sərhədində Kilis şəhərində ordu döyüş vəziyyətinə gətirilib

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində hərbi texnikasını döyüş vəziyyətinə gətirib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Türkiyənin Suriya sərhədində yerləşən Kilis şəhərinin 4 kilometrliyində Suriya ərazisində İŞİD və Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedir. Döyüşləri Türkiyə ərazisindən aydın şəkildə görmək mümkündür.

Bölgədə güclü partlayış səsləri eşidilir, xeyli insanın yaralandığı bildirilir.

PKK-nın Suriya qanadı olan YPG İŞİD-ə qarşı döyüşdüyü Parsa (Azaz) dağının qarşısında isə Türkiyə Silahlı Qüvvələrinin ağır hərbi texnikası cəmlənib və bölgədə əsgərlərin sayı artırılıb. Sərhəddə olan yüksəkliklərdə raketlərin istiqaməti Suriyaya tərəf çevrilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol