Menu

İran üç əfqan diplomatının etimadnaməsini qəbul edib – “Tanınma ilə əlaqəsi yoxdur”

27.04.2022, 16:10
İran üç əfqan diplomatının etimadnaməsini qəbul edib – “Tanınma ilə əlaqəsi yoxdur”

Tehran Əfqanıstanın bu şəhərdəki səfirliyinə yeni əfqan diplomatlarını qəbul etməyə razılıq verib və Əfqanıstan İslam Əmirliyi tərəfindən bu ölkəyə göndərilən üç diplomatı akkreditasiya edib.

Adının açıqlanmasını istəməyən mənbələr BBC-yə bildirib ki, yeni diplomatlar arasında səfirliyin üçüncü katibi, digər ikisi isə səfirliyin daimi işçiləridir.

Əfqanıstanın səfirliyi ölkədə hökumətin transformasiyasına baxmayaraq hələ də bağlanmayıb və ona əvvəlki səfir rəhbərlik edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Əfqanıstan və İran arasında diplomat mübadiləsinin beynəlxalq konvensiyalara uyğun olduğunu və tanınma ilə heç bir əlaqəsi olmadığını deyib.

Bundan əvvəl Rusiya, Çin, Pakistan, Türkiyə və Türkmənistan “Taliban” tərəfindən göndərilən diplomatları akkreditə edib, lakin indiyədək dünyanın heç bir ölkəsi yeni Əfqanıstan hökumətini tanımayıb.

Bu arada ABŞ Əfqanıstanın səfirlik və konsulluqlarının fəaliyyətini dayandırdığı yeganə ölkədir, digər ölkələrdə isə səfirliklər büdcə çatışmazlığından əziyyət çəkir.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol