Menu

Fransa Konstitusiya Şurası Makronu ölkə prezidenti elan edib

27.04.2022, 19:29
Fransa Konstitusiya Şurası Makronu ölkə prezidenti elan edib

Fransa Konstitusiya Şurası Emmanuel Makronu ölkə prezidenti elan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı şuranın rəhbəri Loran Fabius elan edib.

Fabius əlavə edib ki, Makronun yeni səlahiyyət müddəti mayın 14-də başlayır.

Aprelin 24-də prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, Makron 18,7 milyon, rəqibi Marin Le Pen isə 13,2 milyon səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol