Menu

Zibillikdə tapılan qadınla bağlı DİN-dən AÇIQLAMA

27.04.2022, 22:45
Zibillikdə tapılan qadınla bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bərdədə zibillik ərazidə halsız vəziyyətdə tapılan qadınla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

Şərhlər

t.ədalət 2022-04-28 01:14:08

Əxlaq gözəlliyi ilə seçilən Azərbaycan qadının bu halı adamın ruhuna pis təəsir edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol