Menu

PKK-çı qadın İmamoğlunun ofisində tapıldı - İstanbulda şok əməliyyat + FOTO

28.04.2022, 00:03
PKK-çı qadın İmamoğlunun ofisində tapıldı - İstanbulda şok əməliyyat + FOTO

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sosial xidmətində işləyən Şəfəq D. adlı qadının 2016-cı ildə Şırnak vilayətində PKK/KCK terror təşkilatı üzvlərindən əldə edilmiş sənədlərin arasından əlində silahla çəkilmiş fotosu tapılıb.

"AzPolitika" "Teleqraf.com"a istinadla xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin əldə etdiyi dəlillər əsasında həmin şəxsin PKK terror təşkilatı ilə əlaqəsinin olduğu müəyyən edilib.

Məlumata görə, təşkilat üzvü bu gün səhər saatlarında İstanbul Böyük Şəhər Bələdiyyəsinin binasında saxlanılıb. Şəfəq D. ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyük Şəhər Bələdiyyəsinin yüzlərlə əməkdaşının terror təşkilatlarına bağlılığı və ya əlaqəsinin olduğuna dair bildirişlər və təsbitlər əsasında xüsusi yoxlamaya başlanıldığını açıqlayıb.

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu baş verənlərə görə daxili işlər naziri Süleyman Soyluya etiraz edib.

Şərhlər

Veteran 2022-04-28 15:32:47

Bu şərəfsiz Qlıclaroğlu və onun komandası bütün TÜRKÇÜLÜYƏ qarşı PKK ilə birləşib açıq müharibə aparır.Bunların ANTİMİLLİ ÜNSÜRLƏR olduğunu artıq Bütün Türk dünyası çox gözəl bilir. Ləhnət olsun sizlərə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol