Menu

ABŞ-ın göndərdiyi haubitsaların çoxu Ukraynaya çatdırılıb

28.04.2022, 10:53
ABŞ-ın göndərdiyi haubitsaların çoxu Ukraynaya çatdırılıb

ABŞ-ın Ukraynaya ayırdığı haubitsaların yarıdan çoxu artıq çatdırılıb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Körbi keçirdiyi brifinqdə bildirib.

O, ayrılmış 90 uzaqvuran haubitsanın yarısından çoxunun artıq Ukraynada olduğunu deyib.

C. Körbi haubitsaların istifadəsi üçün 50 ukraynalı hərbçiyə təlim keçirildiyini və onların ölkələrinə qayıdaraq digər həmkarları üçün təlimlər təşkil edəcəyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol