Menu

"Rusiya hərbçiləri kəndlilərin 60 ton taxılını oğurlayıb" - Baş Qərargah

29.04.2022, 09:32
"Rusiya hərbçiləri kəndlilərin 60 ton taxılını oğurlayıb" - Baş Qərargah

"Rusiya işğalçıları kəndliləri qarət edir".

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Qeyd olunub ki, Rusiya ordusu tərəfindən Kamyanka-Dnerovskaya şəhərinin kənd təsərrüfatı anbarından 60 tondan artıq taxıl yük daşıyıcı ilə birlikdə oğurlanıb.

Bildirilib ki, son sutkada Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin 15 hava hədəfini vurub, bir təyyarəsini, 5 qanadlı raketini və 9 əməliyyat-taktiki səviyyəli PUA-sını məhv edib.

"Donetsk və Luqansk vilayətlərində Ukrayna Silhalı Qüvvələri düşmənin 9 hücumunun qarısını alıb, 9 tankını, 12 “T” zirehli texnikasını, bir artilleriya sistemini, bir avtomobilinin və bir zenit-raket qurğusunu sıradan çıxarıb”, - məlumatda bildirilib.

Şərhlər

t.ədalət 2022-04-29 11:22:06

Belə oğru,iftiraçı və vəhşi bir millətin dilini balalarına rəva görənlərə yazığım gəlir.Bu dili öyrənən,bu dildə "qırıldadan" şübhəsiz,özləri də oğru və fırıldaqçı olacaqlar.Bizi rus dilinə sürükləyənlərə,Lənət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol