“Azərbaycanın təklifi əsasında Ermənistan, nəhayət ki, sərhədimizin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaratmağa razılaşıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
“Əgər sülh sazişi imzalansa - əsas prinsiplər məlumdur - o zaman Qafqazda sülh davamlı olacaq. Bizim istədiyimiz budur. Bizim göstərdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhün bərqərar olması iradəmizin bariz nümunəsidir”, - dövlət başçısı bildirib.


Şərhlər
HÖRMƏTLİ RƏHMAN BƏY BAKI BÖYÜYÜB AVTOVAĞZAL BU GÜNKÜ TƏLƏBLƏRƏ CAVAB VERMİR. NƏ ÜÇÜN BİZ SUMQAYITDAN BAKIYA GETMƏK ÜÇÜN BEYNƏLXALQ AVTOVAĞZALA GETMƏLİYİK? YAXŞI OLAR Kİ 20 YANVAR - SÜLH KÜÇƏSİ DAİRƏVİ MARŞRUT AÇILSIN, SUMQAYITLILAR BU MARŞRUTDAN İSTİFADƏ ETMƏKLƏ GEDİŞ HAQQINI KARTLA ÖDƏMƏKLƏ PULU DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏSİNLƏR.