Menu

"Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq" - “Azərsun"

29.04.2022, 18:39
"Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq" - “Azərsun"

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur.

"Report" xəbər verir ki, bu barədə “Azərsun Holdinq"in rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

"İstehsal müəssisələrimiz yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar.

“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq. Baş vermiş hadisə ilə bağlı dəstəyini bildirmiş hər kəsə təşəkkürümüzü bildiririk.

Hazırda aidiyyatı dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaqdır", - paylaşımda deyilir.

Şərhlər

Eli 2022-04-29 19:02:21

Deyesen ölkenin qida tehlükesizliyi meselesi ‘Azersundan” asılıdır.....

t.ədalət 2022-04-29 18:52:25

"Azərsun" yaranmış vəziyyətdən istifadə edib palmadan və kimyəvi maddələrdən hazırlanan yağları millətə sırıyacaq.Allah köməyimiz olsun!İ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol