Menu

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

29.04.2022, 18:58
Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.

"Report" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək. Bu barədə cümə günü Qriqoryanın özü məlumat verib.

Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol