Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, L.Nəbiyevin ittiham olunduğu maddə sanksiya həddi daha yüngül olan maddəyə tövsif olunub. Bununla da onun barəsində olan 8 il azadlıqdan məhrum etmə cəzası 4 il 6 aya endirilib.
Xatırladaq ki, keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar, Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L. Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.


Şərhlər
GÖRÜNƏN ODUR Kİ, HAKİMLƏR XALQDAN GİZLƏDİLMİŞ XƏLVƏTİ HÜQUQLARA MALİKDİRLƏR. ONLAR NƏ İSTƏSƏLƏR EDƏ BİLƏRLƏR. ONLAR NECƏ İSTƏSƏLƏR ELƏ CƏZALANDIRA BİLƏRLƏR. DOSTLAR ONLARI SORĞULAMAYACAQ. ƏN PİS HALDA SADƏCƏ İŞDƏN UZAQLAŞDIRILACAQLAR. NECƏDƏ KÖHNƏ QANUNDUR. PUTİNDƏN SONRA YƏQİN Kİ BELƏ OLMAYACAQ. DÜNYANIN YENİ DÜZƏNİNİ GÖZLƏYİRİK.
Hakimlərin seçki komitəsinin sədri vəzifəsinə İman Nağıyev rəhbərlik edir, belə hakimlərin sayı çox olacaq və xalqımızın savadlı,təcrübəli, intellektual səviyyəli, Test imtahanından yüksək bal toplayan kadrların hakim olması müşkül məsələdir ??? Çünki İman Nağıyevin qanunsuz əməllərinə stop deyən yoxdur və Hakimliyə Test imtahanından yüksək bal toplayan namizədlə maraqlanan yoxdur ???