Eks-deputat, AMEA prezidentliyindən istefa verən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib. “Qafqazinfo” xəbər verir ki, o, Bakının məşhur hotellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edib.
Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10-YY-040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O.Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.
Xatırladaq ki, keçmiş deputat İlham Əliyev 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.


Şərhlər
YENƏ DƏ HƏMİN KEF, HƏMİN DAMAĞ. ......NECƏ OLDU Kİ BİZ VƏTƏNİMİZDƏ BELƏLƏRİNİN YETİŞMƏSİNƏ İMKAN VERDİK. İNDİ İSƏ ONLARA GÜCÜMÜZ ÇATMIR.