Menu

Britaniya səfiri Kiyevə qayıdıb

29.04.2022, 23:36
Britaniya səfiri Kiyevə qayıdıb

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Kiyevə qayıtdığını açıqlayıb."Report" xəbər verir ki, bu barədə səfir tviter hesabında bildirib.

"Uzun səfər idi, lakin buna dəyər. Kiyevə qayıtmaq çox gözəldir", - Simmons yazıb.

Bununla da səfirlik adi qaydada fəaliyyətini bərpa edib.

Səfirlik fevralın ortalarında boşaldılandan sonra Britaniya diplomatları Ukraynadakı mövcudluğunu davam etdiriblər. Nümayəndə heyəti Lvovda işləyirdi, lakin konsulluq xidməti göstərmirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol