İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV OLUNUR? - "Yeni idarəçilik modelini sınaqdan keçiririk"

“Bizim Qarabağda yeni idarəçilik sistemimiz var. Mənim Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var”.

Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək: “Onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-05-01 13:52:02

Cənab Prezident, əvvəllər də siz bu fiukiri bildirmişdiniz ki, "görünür sistem köhnəlib". Bəli, sistem çox köhnəlib, Məhz ona görə də, son illərdə Sizin bütün xəbərdarlıqlarınız, yerlərdəki icra strukturlarının "fəaliyyətində" heç nəyi dəyişmir. Əksinə, daha da çirkablaşırlar. Belə olmasa idi, yenə də Siz demişkən " bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar". Cənab Prezident, hər birimiz yaxşı bilirik ki, yerlərdəki icra strukturları, keçmiş sovetlərdən qalma yerli Partiya Komitələrinin bazası üzərində quruldu və sadəcə adları dəyişdirilərək, Raykom Katibləri oldu, İcra Başçıları. Yəni sistem sovetlərdən qalma bir sistem. O sistem ki, özünü doğrultmadı və sonda da Sövet höküməti süquta məhkum oldu. Ona görə də bununla bağlı fikirlərinizi dəstəkləyir və yanınızda oluğumuzu bəyan edirik. Əslində bu çoxdan baş verməli idi. Çünki, indiki bu yarıtmaz sistem, yerlərdə əhalinin sosila inkişafının və ən əsası da məşqulluğunun qarşısınaı alan bir buxov halinə gəlmişdir. Bu kiçik çoğrafi ərazidə 80-dan çox rayonun mövcud olması və hər bir rayonda yerli icra hakimiyyətləri ilə paralael Respublikada 50-yə yaxın mövcud dövlət orqanlarının yerli şöbələrinin mövcud olması, böyük bir memur ordusunun yaranmasına nədən olmuşdur ki, onlar da hər addımlarında əhalinin fəaliyyətinə kömək olmaq əvəzinə, əksər hallarda o fəaliyyətləri əngəlləməklə məşquldurlar. Sanıram, ən yaxın zamanda bu barədə Konistitusiyada köklü dəyişiliklər edilməli, yarımçıq doğulmuş indiki bu parlament buraxılmalı, yeni seçgilərə və referenduma gedilərək sistem dəyişdirilməlidir. Çünki, bunu həm dövlətimizin tamamilə özülünün sağlam təməl üzərindəki möhkəmliyi və ölkəmizin sinkişafı ilə bağlı qarşıya qoyduğunuz hədəflərin yolunun açılması tələb edir. Allah bu yolda yar və yardımçınız olsun.

Dövlətini sevən 2022-04-30 22:42:45

Cənab Prezident, Şəki də vəziyyət olduqca ağırdır.. Belə ki, İcra başçısı 11-il, onun birinci müavini Həsən Həsənov 25 il, müavini Zərinə Cavadova 18 il, Hüquq şöbəsinin müdiri Əhmədiyə 40 ilə yaxındır, ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Manafov 30-ilə yaxındır .... Şəkinin hər yerləri özlərinə məxsusdur.. Bu rayonda inkişaf olarmı ???

Son yazılar