İki gün ərzində işğalçı Rusiya ordusu tərəfindən "Azovstal” səhra xəstəxanasına endirilən aviazərbələr nəticəsində yaralananların sayı 170 nəfərdən 600 nəfərə çatıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Mariupol meri Vadim Boyçenkoya istinadla məlumat yayılıb. O, Ukrayna media mərkəzində keçirdiyi brifinqdə mer deyib ki, Rusiya qoşunlarının genişmiqyaslı hücumu başlayandan bəri şəhərdə 20 mindən çox sakin həlak olub.
Boyçenkonun sözlərinə görə, “Azovstal” zavoduna sığınan mülki adamların demək olar ki, nə suyu, nə qidası, nə də dərmanı qalıb: "Mariupoldan çıxmağı bacaran yerli sakinlər deyirlər ki, bu şəhər cəhənnəmdir. Azovda isə vəziyyət daha da pisdir. Yemək, su, dərman demək olar ki, yoxdur. İnsanlar xilas üçün yalvarırlar. Zaman günlərlə yox, saatlarla keçir".
Boyçenki bildirib ki, 300-ə yaxın şəhər sakini əvvəlcə "Azovstal" bomba sığınacaqlarında gizlənib. Lakin sonra onlara Rusiyanın bombardmanlarından ən çox zərər çəkən şəhərin sol sahilindən olan qaçqınlar da qoşulub.
Hazırda zavodda nə qədər mülki vətəndaşın olduğu dəqiq məlum deyil.
"Çoxlu sayda qadın, uşaq, qoca evakuasiya olunmağı gözləyənlərdir. Biz bütün beynəlxalq ictimaiyyətdən səy göstərmələrini xahiş edirik. Və ümid edirik ki, davam edən prosedurlar və danışıqlar nəticə verəcək və insanlar xilas olacaq", - Boyçenko bildirib.
"AzPolitika.info"


Şərhlər
Putinin psixoloyi problemleri var,normal insan,normal dövlet xadimi bele hereketlere yol vermez,heç Hitler vele mühairibe aparmayıb,ancaq yene Dünya ölkeleri öz maraqları öerçşvesinde hereket edib Ukraynanı bele bir aqressiv dövlet ve milletle meydanda tek qoyublar.