Menu

İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatıb

02.05.2022, 12:31
İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatıb

Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış 200-dək nümayişçini saxlayıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“İndiyədək polisin qanuni tələblərinə tabe olmayan 189 nəfər axlanılıb”, - polis nümayəndəsi Edqar Canoyan deyib.

Xatırladaq ki, dünən İrəvanın mərkəzində yerləşən Fransa meydanında toplaşmış müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol